Suallarınızın cavabları və dəstəklə əlaqə.
Bəli. Sorğu yaratmaq, təklif almaq və ustanı seçmək müştərilər üçün tamamilə pulsuzdur. İşin qiymətini usta ilə birbaşa razılaşdırırsınız və xidmət haqqını birbaşa ustaya ödəyirsiniz — USTERA bu ödənişi qəbul etmir və saxlamır.
Hazırda USTERA-nın ümumi ilk 2 aylıq kampaniyası davam edir. Kampaniya müddətində ustalar üçün qeydiyyat, aylıq istifadə və təsdiqlənmiş işlər üzrə platforma haqqı 0 AZN-dir. Kampaniya bitdikdən sonra aylıq abunə yenə olmayacaq və yalnız USTERA vasitəsilə təsdiqlənmiş hər iş üçün 5 AZN platforma haqqı tətbiq olunacaq.
Xeyr. Bu, bütün ustalar üçün eyni vaxtda bitən ümumi kampaniyadır: 30 noyabr 2026 daxil olmaqla təsdiqlənən işlər pulsuzdur. Kampaniyanın son günlərində qoşulan usta da həmin tarixdən sonra 5 AZN qaydasına keçir. Kampaniya müddətində təsdiqlənmiş işlər isə həmişəlik pulsuz qalır.
Yalnız müştəri USTERA-da sizin təklifinizi qəbul edib sizi seçdikdə — iş təsdiqləndikdə. Sorğuları görmək, açmaq, təklif göndərmək və yazışmaq pulsuzdur. İş başlamazdan əvvəl ləğv olunarsa, haqq tutulmur.
Ustanın profili yalnız xidmət və əraziləri seçildikdən və usta onu özü aktiv etdikdən sonra dərc olunur. Telefon nömrəsi SMS ilə yoxlanılmır; nömrəni USTERA əməkdaşları təsdiqləyibsə, profildə ayrıca nişan görünür. Şəxsiyyət, şirkət və peşəkar sənədlər USTERA əməkdaşları tərəfindən yoxlanılır və profildə ayrıca nişanla göstərilir. Nişan yalnız nəyin yoxlandığını göstərir, işin keyfiyyətinə zəmanət deyil — ustalar müstəqildir və öz xidmətlərinə özləri cavabdehdir.
Rəyi yalnız USTERA vasitəsilə razılaşdırılmış işi tamamlanmış müştəri yaza bilər və hər iş üçün yalnız bir rəy mümkündür. Şübhəli rəylər yoxlanılır.
Heç kimə — siz ustanı seçənə qədər. Bundan sonra yalnız seçdiyiniz usta nömrənizi və ünvanınızı görür.
Sorğu səhifəsində “Mübahisə aç” düyməsini basın. Komandamız hər iki tərəfin izahını və sübutları nəzərdən keçirəcək. USTERA işi özü görmür və ödənişinizi qəbul etmir, buna görə iş üçün pulun qaytarılması siz və usta arasında həll olunur.
Müraciət göndərin — komandamız iş günləri ərzində cavab verir.